SOCAR "Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası davam edir

16:55 - 25 Mart 2023

SOCAR

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

NManset.az xəbər verir ki, növbətihəftə (27-28.03.2023 və 30-31.03.2023 tarixləri) daha 1 şəhər və 3 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək.

Aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək #Oğuz rayonunda (Zərifə Əliyeva Parkı), 2-ci günü saat 14:00-dan 15:00-dək Şəki şəhərində (M.F.Axundov Parkı), 4-cü günü saat 11:00-dan 12:00-dək #Qax rayonunda (Heydər Əliyev Parkı), 5-ci günü saat 11:00-dan 12:00-dək isə #Zaqatala rayonunda (Mədəniyyət Evinin qarşısı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin