Başına bir milyon dollar qoyulan “Dovşan” məhv edildi - FOTO

11:56 - 25 Mart 2023

Başına bir milyon dollar qoyulan “Dovşan” məhv edildi - FOTO

Venesuelanın hüquq-mühafizə orqanları ölkədə ən fəal şəkildə axtarışda olan cinayətkarlardan biri, “Dovşan” (“Konexo”) ləqəbli Karlos Enrike Qomes Rodrigesi məhv edib. Onun ələ keçirilməsində köməyə görə bir milyon dollar mükafat veriləcəyi elan edilmişdi.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər, ədliyyə və sülh naziri Remixio Sebalyos mətbuat konfransında bildirib.

Daxili İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, cinayətkar İrapada (Sukre ştatı) tapılıb. O, dəstənin digər üzvləri ilə birlikdə mühafizəçilərə müqavimət göstərməyə çalışıb. Əməliyyat nəticəsində onlardan 36 nəfər saxlanılıb. Mütəşəkkil cinayətkar qrupun qalan üzvlərinin axtarışı davam etdirilir.

Qeyd edək ki, Qomes terror, qətl, qəsb və adam oğurluğu ilə ittiham edilib.



Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin