"Azərbaycanla oyunun ilk 20 dəqiqəsində meydanda yox idik" - Ralf Ranqnik

10:03 - 25 Mart 2023

"İlk 20 dəqiqə çətin keçdi. Meydanda yox idik, oyuna nəzarəti itirmişdik".

 

Manset.az "Report"a istinadən xəbər verir ki, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik evdə Azərbaycan millisinə 4:1 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

65 yaşlı mütəxəssis ilk hissənin ortalarına doğru təşəbbüsü ələ aldıqlarını bildirib: "Qapımızı toxunulmaz saxlamaq istədik, amma alınmadı. Ümumilikdə inamlı təsir bağışladıq. Eyni ruhda davam etməliyik".

O, qrupdakı digər rəqibləri olan Belçika seçməsinin səfərdə İsveçi 3 cavabsız qolla məğlub etməsinə də toxunub: "Qırmızı şeytanlar"ın Qətərdə keçirilmiş dünya çempionatındakı uğursuzluqdan sonra dəyişəcəyi bəlli idi. Amma onların top-komanda olması hamıya bəllidir. Rəqibin oyununu görməmişəm. Lakin Stokholmda 3:0 hesabı ilə qalib gəlirsinizsə, bu, keyfiyyət əlamətidir".

Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu martın 27-də Solnada İsveçə qarşı keçirəcək.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin