Profilində narkotiki təbliğ etdi - Həbs olundu

09:42 - 25 Mart 2023

Profilində narkotiki təbliğ etdi - Həbs olundu

Samuxda narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Niyaməddin Həsənov saxlanılıb.

 

DİN Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik maddə olan "heroin" aşkar edilərək götürülüb. Şübhəli şəxs barəsində cinayət işi başlanılaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə N. Həsənov barəsində həbs-qətimkan tədbiri seçilib.

Araşdırmalar zamanı şəxsin sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşması da məlum olub.



Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin