Mağaza yandı, sahibkara 20 min ziyan dəydi - FOTO

23:50 - 24 Mart 2023

Mağaza yandı, sahibkara 20 min ziyan dəydi - FOTO

Gəncədə yanğın baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Natəvan qəsəbəsində qeydə alınıb.

Qəsəbədə olan yem məhsuları mağazasında anidən yanğın başlayıb.

Dərhal əraziyə FHN-in yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub.

Mağazadakı yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, ümumi sahəsi 112 m² olan birmərtəbəli tikilinin (yem və kənd təsərrüfatı məhsullarının satışı mağazası kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 36 m² sahədə və içərisinə yığılan 1,5 ton məhsul yanıb.

"Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə qeyd olunub.



Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin