Səfirlik MTİ-ə qəbul olunan azərbaycanlı qızları təbrik etdi

22:51 - 24 Mart 2023

Səfirlik MTİ-ə qəbul olunan azərbaycanlı qızları təbrik etdi

Dəniz Səttarlının və Fidan Qarayevanın Massaçusets Texnologiya İnstitutuna qəbul olmaqlarını alqışlayırıq!

 

Manset.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi "Facebook" səhifəsində paylaşım edib.

"Zəhmətinizə və əzmkarlığınıza görə sizi təbrik edirik. Güclü cəmiyyətləri dəstəkləmək üçün təhsilə və imkanlara bərabər çıxış vacibdir və Səfirlik qadınlar və kişilər, oğlanlar və qızlar üçün bir sıra təhsil və karyera təşəbbüslərini dəstəkləməkdən qürur duyur.

Təhsil perspektivlərinizi araşdırmaqda maraqlısınız? O zaman, Education USA təhsil üzrə mütəxəssisindən tam ödənişsiz məsləhət ala bilərsiniz", - deyə qeyd olunub.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin