“Can Azərbaycanda zəfər deyil, səfərbərlik zamanıdır" - “Qalatasaray” FK (VİDEO)

21:57 - 24 Mart 2023

“Can Azərbaycanda zəfər deyil, səfərbərlik zamanıdır

“Can Azərbaycanda "Zəfər deyil, səfərbərlik zamanıdır".

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu, Türkiyənin "Qalatasaray" futbol klubunun tvitter hesabında Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ"la matç öncəsi Azərbaycanla bağlı paylaşımında yer alıb.

“Qalatasaray”ımızın 26 mart, bazar günü saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) “Qarabağ” futbol komandası ilə Azərbaycanda oynayacağı və bütün gəlirlərinin zəlzələdə vətəndaşlarımıza bağışlanacağı qardaşların qarşılaşması üçün son 2 gün”, - paylaşımda əlavə olunub.

Qeyd edək ki, “Qarabağ”la “Qalatasaray” arasında keçiriləcək xeyriyyə oyununu Türkiyənin “Haber Global” televiziya kanalı canlı yayımlayacaq. Bakı Olimpiya Stadionunda təşkil olunacaq matçın bilet satışından əldə ediləcək gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Can Azerbaycan'da "Zəfər deyil, səfərbərlik zamanıdır!"

Galatasarayımızın, 26 Mart Pazar günü saat 19.00’da @FKQarabagh ile Azerbaycan’da oynayacağı ve tüm gelirlerinin depremzede vatandaşlarımıza bağışlanacağı kardeşlerin karşılaşması için son 2 gün. pic.twitter.com/mAxu52c1aB — Galatasaray SK (@GalatasaraySK) March 24, 2023


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin