"Opel" və "VAZ" toqquşdu: Xəsarət alan var - FOTO

19:58 - 24 Mart 2023

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az apa-ya istinadən xəbər verir ki, hadisə Tovuz şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21015" ilə "Opel" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı “VAZ” sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin