“Togg” üçün sifarişlər 100 mini ötdü

19:08 - 24 Mart 2023

“Togg” üçün sifarişlər 100 mini ötdü

Türkiyənin yerli və milli avtomobili olan “Togg” üçün ön sifarişlərin sayı 100 mini ötüb.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyənin Avtomobil Təşəbbüs Qrupu məlumat yayıb.

Unikal avadanlıqlarla təchiz olunmuş elektromobillər üçün son sifariş tarixi martın 27-dir.

Xatırladaq ki, Türkiyə Prezidenti R.T.Ərdoğadan sonra avtomobil üçün ön sifariş verən ilk şəxs Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısı 2 “Togg” avtomobili sifariş verib.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin