TikTok Avroviziyaya sponsor oldu

18:57 - 24 Mart 2023

TikTok Avroviziyaya sponsor oldu

TikTok platforması bu il də Avroviziya mahnı müsabiqəsinin rəsmi sponsoru olub.

 

Manset.az olay-a istinadən xəbər verir ki, Avropa Yayım Birliyi yarışmanı canlı təqdim etmək, həmçinin eksklüziv çıxışlar və pərdəarxası məzmunu yayımlamaq üçün bu sosial şəbəkəni seçib.

Qeyd edək ki, müsabiqə Liverpul şəhərində keçiriləcək. Layihənin yarımfinalları 9, 11 may, böyük finalı isə 13 mayda baş tutacaq.

Məlumat üçün onu da bildirək ki, ölkəmizi "Tell me more" ifası ilə Tural və Turan Bağmanovlar təmsil edəcək.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin