İcarəyə götürdüyü maşını piyadaların üstünə sürdü

17:56 - 24 Mart 2023

İcarəyə götürdüyü maşını piyadaların üstünə sürdü

Almaniyada 57 yaşlı kişi hava limanında avtomobili piyadaların üzərinə sürüb.

 

Manset.az APA-ya istinadən bildirir ki, insident Köln Bonn hava limanında qeydə alınıb.

Polis bildirib ki, bir nəfər (kişi) icarəyə götürdüyü avtomobili Köln Bonn Hava Limanında dayanacaqda piyadaların üzərinə sürüb.

"Sürücü beş-altı nəfəri yaralayıb və bir neçə avtomobillə toqquşub. Onun psixi sağlamlıq problemləri olduğuna dair əlamətlər var. Görünür, o, qəsdən bir neçə avtomobili və piyadanı vurub", polis sözçüsü əlavə edib.

Polisin verdiyi məlumata görə, 57 yaşlı şəxs həbs zamanı müqavimət göstərərkən iki polis əməkdaşını da yaralayıb.

"Həmin şəxs xəstəxanaya aparılıb və orada onun psixoloji analizləri aparılır", polisin məlumatında qeyd olunub.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin