"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu finalda

15:46 - 24 Mart 2023

Azərbaycan cüdoçusu Turan Bayramov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə"də finala yüksəlib.

 

Manset.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda qazaxıstanlı Kanat Seilkhana "ippon"la qalib gəlib. 

Bayramov qızıl medal uğrunda gürcüstanlı Giorgi Sardalaşvili ilə üz-üzə gələcək. 

Qadınların yarışında 52 kq-da Gültac Məmmədəliyeva təsəlliverici görüşdə belçikalı Amber Ryheulu məğlub edib. O, bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.

Bu gün tatamiyə çıxan Kəramət Hüseynov (60 kq), Kamran Süleymanov (66 kq), Leyla Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, "Böyük Dəbilqə" martın 26-da başa çatacaq. Azərbaycan yarışda 13 cüdoçu ilə təmsil olunur.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin