<

“Qarabağ”-“Qalatasaray” matçına gedəcək azarkeşlərin nəzərinə! - FOTO

11:34 - 24 Mart 2023

“Qarabağ”-“Qalatasaray” matçına gedəcək azarkeşlərin nəzərinə! - FOTO

Martın 26-da “Qarabağ” və “Qalatasaray” futbol komandaları arasında keçiriləcək yoldaşlıq oyunu ilə əlaqədar azarkeşlərin daşınması məqsədilə “Qara Qarayev” metrostansiyası və Səməd Vurğun bağını (Dilarə Əliyeva küçəsi) Bakı Olimpiya Stadionu ilə əlaqələndirən X1 və X2 nömrəli ekspres marşrutlar təşkil edilib.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Manset.az-a verilən məlumata görə, ekspres xətt üzrə avtobuslarla azarkeşlərin Bakı Olimpiya Stadionuna daşınması saat 18:00-dan başlayaraq icra ediləcək.

Bildirilib ki, ekspres xətt üzrə sonuncu avtobus 19:30-da 28 May m/s-dan, 19:45-də Qara Qarayev m/s-dan Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalına hərəkət edəcək:

“Oyun bitdikdən sonra azarkeşlərin stadionun İctimai Nəqliyyat Terminalından Qara Qarayev m/s və 28 May m/s (Səməd Vurğun bağı) istiqamətində daşınması həyata keçiriləcək. Azarkeşlərdən xahiş edirik ki, oyun bitdikdən sonra İctimai Nəqliyyat Terminalına getmək üçün şimal piyada körpü keçid məntəqəsi istiqamətində hərəkət etsinlər”.



Xəbər xətti

7 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin