Hərbçimiz intihar etdi
7 Noyabr 2024
18:20 - 1 Sentyabr 2021
Əfqanıstanda qızların universitetlərdə təhsil almasına icazə veriləcək, ancaq onlara yalnız qadınlar dərs deyəcək.
Manşet.az Milli.Az-a istinadən xəbər verir ki, bu haqda informasiyanı "Independent" nəşri təhsil naziri vəzifəsini icra edən, Taliban nümayəndəsi Abdul Baqi Haqqaniyə istinadən yayıb.
Onun sözlərinə görə, tələbə qızlar oğlanlarla eyni otaqda olmamalıdır.
Əbdül Baqi Haqqani "Əfqanıstan xalqı şəriət qanunları çərçivəsində ali təhsilini davam etdirəcək, ancaq oğlanlarla qızlar bir yerdə oxumamalıdır" deyib.
Taliban hələ yeni hökumət qurmayıb. Hələlik, ABŞ-ın işğalından 20 il əvvəlki kimi şəriət qanunlarını rəhbər tutacaqlarını söyləyirlər.
Ancaq keçmiş qaydalardan əhəmiyyətli bir fərq var. İndi qadınlar oxuya və işləyə bilərlər.
Yeni hökumət "digər ölkələrlə rəqabət edə biləcək İslami, milli və tarixi dəyərlərə uyğun, həssas bir İslam tədris proqramı yaratmaq" niyyətindədir. Yeni hökumətin nümayəndəsi əlavə edib ki, "qızlara kişi müəllimlərin dərs keçməsi qadağandır".
Xatırladaq ki, avqustun 31-də xarici qoşunların Əfqanıstandan çıxarılması üçün verilən müddət başa çatıb. Əhali işğalın sonunu qeyd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin