Ötən gün ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan yeddi cinayətin açılması təmin olunub.
Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 21, o cümlədən borclu şəxs qismində axtarışda olan altı nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə iki nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Narkotiklərlə bağlı səkkiz fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.