Şavkat Mirziyoyev Azərbaycana gələcək

10:20 - 24 Mart 2023

Şavkat Mirziyoyev Azərbaycana gələcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sentyabrda Azərbaycana səfər edəcək.

 

Bu barədə Manset.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda bildirilib.

Daşkənd şəhərindəki “Yeni Özbəkistan” parkında keçirilmiş Novruz şənliyində diaspor nümayəndələrimizlə görüşən Şavkat Mirziyoyev deyib ki, sentyabrda Azərbaycana səfər edəcək.

Prezidentin sözlərinə görə, səfər çərçivəsində Füzuli şəhərində Özbəkistan dövləti tərəfindən inşa edilən məktəbin açılış mərasiminə qatılacaq.

Qeyd edək ki, işğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan büdcəsinin vəsaiti hesabına 960 şagird yerlik məktəb binası inşa edilir. Binanın tikintisinin 2023-cü ilin avqust ayında yekunlaşdırılması nəzərdə tutulur.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin