<

"Bayern" Nagelsmanı istefaya göndərdi: Yerini bu mütəxəssis tutacaq

09:36 - 24 Mart 2023

"Bayern Münhen"in baş məşqçisi Yulian Nagelsman istefaya göndərilib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, onun postu PSJ və "Çelsi"nin sabiq çalışdırıcısı Tomas Tuxelə tapşırılacaq.

Alman mütəxəssislə 2,5 illik müqavilə imzalanacağı, qərarın yaxın vaxtlarda rəsmi olaraq elan ediləcəyi bildirilir.

Qeyd edək ki, "Bayern" hazırda Bundesliqanın turnir cədvəlində 52 xalla ikincidir. Münhenlilər lider "Borussiya"dan (Dortmund) 1 xal geri qalır. Klub həm Almaniya Kubokunda, həm də Çempionlar Liqasında mübarizəni davam etdirir.


Xəbər xətti

7 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin