BMT-dən xəbərdarlıq: “Dünyanı ölümcül təbii fəlakətlər gözləyir”

18:14 - 1 Sentyabr 2021

BMT-dən xəbərdarlıq: “Dünyanı ölümcül təbii fəlakətlər gözləyir”

BMT Ümumdünya Metereoloji Təşkilatı son 50 ildə  iqlim dəyişiklikləri nəticəsində ölümcül kataklizmlərin (təbii fəlakətlərin-red) sayının 5 dəfə artdığını açıqlayıb.

Manşet.az ölkə.az-a istinadən xəbər verir ki, Ümumdünya Metereoloji Təşkilatın proqnozlarına görə, qarşıda dünyada dağıdıcı və çoxsaylı insan itkisi ilə nəticələnəcək təbii fəlakətlərin sayı daha da artacaq.

Hesabtda qeyd olunub ki, ötən 50 ildə baş verən təbii fəlakətlər nəticəsində iki milyondan çox insan ölüb. Ən çox insan tələfatı isə 1983-cü ildə Efiopiyada baş verən quraqlıq nəticəsində olub. O zaman 300 min insan quraqlığın qurbanı olub. Ən dağıdıcı təbii fəlakət isə 2005-ci ildə ABŞ-da baş verən Katrina qasırğası olub ki, bu ölkəyə 163,61 milyard dollar ziyan vurub.

Təkcə son on il ərzində ABŞ-da  baş verən Harvey, Maria və İrma kimi qasırğaların vurduğu ziyan yüz milyard dollarlarla ölçülür. 50 ildə isə  təbii fəlakətlərin vurduğu qlobal ziyan 3,64 trilyon dollar təşkil edib.

Bununla belə hesabtda o da qeyd olunub ki,  təbii fəlakətlər nəticəsində ölənlərin sayında azalma müşahidə edilməkdədir. Əgər 1970-ci illərdə  təbii fəlakətlərdən ildə orta hesabla 50 min adam ölürdüsə, son on ildə  bu rəqəm 18 minə enib. Ümumdünya Metereloji Təşkilatın Baş katibi Petteri Taalas bunun səbəbini erkən xəbərdarlıq sistemlərinin yaxşılaşdırılması ilə izah edib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Paneli, avqust ayında dünyada iş strategiyasını təcili olaraq dəyişdirməyin lazım olduğunu bildirən bir hesabat dərc edib. Əks təqdirdə, planetin öhdəsindən gəlmək mümkün olmayacaq bir ekoloji fəlakətlə üzləşəcək. Böyük miqyaslı yanğınlar, quraqlıq və daşqınlar kimi ekstremal hava hadisələri insan həyatının bütün sahələrinə təsir edəcək.



Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin