<

Ukraynaya daha 6 ədəd tank göndərilir

23:45 - 23 Mart 2023

Ukraynaya daha 6 ədəd tank göndərilir

İspaniya Ukraynaya 6 ədəd "Leopard 2A4" tankı göndərəcək.

 

Manset.az xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, tanklar gələn həftənin sonu yola düşəcək.

İstehsal zavodunda tankların göndərməyə hazırlanmasına ölkənin müdafiə naziri Marqarita Robles nəzarət edib.

“Texnikalar tam işlək vəziyyətdədir. Son atış sınaqlarını keçirmək qalır, bundan sonra işi başa çatdırmaq olar”, - istehsalçı şirkətin baş direktoru Xuan Eskrinya nazirə bildirib.

 


Xəbər xətti

7 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin