<

Şamaxıda ağır qəza - ÖLƏN VAR

22:35 - 23 Mart 2023

Şamaxıda ağır qəza - ÖLƏN VAR

Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az bildirilib ki, bu gün Şamaxı rayonunun Quşçu kəndi ərazisində "Mercedes" markalı avtomobilin sürücüsü Elgün Nəbiyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və avtomobildəki sərnişin 1973-cü il təvəllüdlü Ağsu şəhər sakini Arif Əliyev rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Göstərilən tibbi yardımlara baxmayaraq A. Əliyev vəfat edib.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.


Xəbər xətti

6 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin