Daha bir ölkədə "TikTok" QADAĞASI

21:41 - 23 Mart 2023

Daha bir ölkədə

Britaniya parlamentinin binasında Çinin "TikTok" sosial şəbəkəsindən istifadə edilməsi qadağan ediləcək.

 

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, təhlükəsizlik səbəbi ilə sosial şəbəkə proqramı bütün parlament cihazlarında bloklanacaq.

Bundan əvvəl Britaniya hökuməti analoji qərar qəbul edib. Daha sonra İcmalar Palatası və Lordlar Palatasının komissiyaları da "TikTok"un qadağan edilməsinə qərar verib.

Qeyd edək ki, Çinə məxsus sosial şəbəkə təhlükəsizlik problemlərinə görə bir neçə Qərb ölkəsinin rəsmi qurumlarında qadağan edilib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin