Azərbaycanda əczaçılıq məhsullarının idxalı artdı

20:30 - 23 Mart 2023

Azərbaycanda əczaçılıq məhsullarının idxalı artdı

Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycana 148 milyon 277,61 min dollar dəyərində əczaçılıq məhsulları idxal edilib.

 

Manset.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 24% və ya 28 milyon 770 min dollar çoxdur. 2022-ci ilin yanvar-fevral aylarında Azərbaycana 119 milyon 507.28 min dollar dəyərində əczaçılıq məhsulları idxal edilib.

Qeyd edək ki, hesabat dövründə idxal edilən əczaçılıq məhsullarının dəyəri Azərbaycanın ümumi idxalının 5,59%-ni təşkil edib. Xatırladaq ki, ötən ilin müvafiq dövründə əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 6,06%-nə bərabər olub.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin