Azərbaycanda ağır yol qəzası - Ölən və yaralanan var

19:24 - 23 Mart 2023

Azərbaycanda ağır yol qəzası - Ölən və yaralanan var

Şamaxıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az apa-ya istinadən xəbər verir ki, hadisə nəticəsində sürücü 1996-cı il təvəllüdlü Qədirli Elgün Pənah oğlu və sərnişin 1970-ci il təvəllüdlü Əliyev Arif Şəmi oğlu ağır dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Həkimlərin bütün səylərinə baxmayaraq, Əliyev Arif Şəmi oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Sürücünün vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin