Beş futbolçu Niderland yığmasının düşərgəsini tərk etdi

19:06 - 23 Mart 2023

Beş futbolçu Niderland yığmasının düşərgəsini tərk etdi

Futbol üzrə Niderland millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Fransa və Cəbəllütariq yığmalarına qarşı keçirəcəyi oyunlar öncəsi ciddi itkilərlə üzləşib.

 

Manset.az xəbər verir ki, komandanın beş futbolçusu virus infeksiyasına yoluxduğu üçün düşərgəni tərk etmək məcburiyyətində qalıb.

Millinin mətbuat xidmətinin yaydığı məlumata görə, Sven Botman (“Nyukasl”), Kodi Qakpo (“Liverpul”), Mateys de Liqt (“Bayern”), Coui Verman (PSV) və Bart Verbrugen (“Anderlext”) yığmadan ayrılıb.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin