“Səfirimiz Niderland XİN-ə çağırılmayıb” - XİN-in mətbuat katibi

18:34 - 23 Mart 2023

“Səfirimiz Niderland XİN-ə çağırılmayıb” - XİN-in mətbuat katibi

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə guya Azərbaycanın Niderlanddakı səfirinin bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılması və guya Azərbaycanın Laçın yolu ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin qərarının yerinə yetirilməməsinin xatırladılması ilə bağlı Ermənistan mətbuatında yayılmış iddiaları şərh edib.

 

Manset.az xəbər verir ki, A.Hacızadə bununla bağlı deyib:

“Ermənistan mətbuatının yaydığı bu xəbər Ermənistan tərəfinin növbəti yalan və manipulyasiyasıdır, həqiqəti əks etdirmir.

Azərbaycan Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Niderland XİN-ə çağırılmayıb.

Səfirin Niderland XİN-də sonuncu görüşü onun özünün təşəbbüsü ilə martın 15-də olub.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin