“Qarabağda yeni beynəlxalq missiyanın yerləşdirilməsi üçün Azərbaycanın da razılığı lazımdır” - Zaxarova

18:05 - 23 Mart 2023

“Qarabağda yeni beynəlxalq missiyanın yerləşdirilməsi üçün Azərbaycanın da razılığı lazımdır” - Zaxarova

“Qarabağda yeni beynəlxalq missiyanın yerləşdirilməsi üçün Azərbaycanın da razılığı lazımdır”.

 

Manset.az xəbər verir ki, bunu Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistanın Qarabağda hər hansı beynəlxalq missiyanın yerləşdirilməsi ideyasına Moskvanın necə yanaşdığı ilə bağlı sualı cavablandırarkən bildirib.

Zaxarova ilk olaraq 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Qarabağda Rusiya hərbi kontingentinin yerləşdirildiyini xatırladıb və bildirib ki, bir çox məsələlər tərəflərin özlərinin siyasi iradəsindən asılıdır.

“Vacibdir ki, üçtərəfli razılaşmaların bütün müddəalarına riayət olunsun. Çünki bu razılaşmalar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının “yol xəritə”sini müəyyən edib. O ki qaldı yeni missiyaya, bunun üçün İrəvanın olduğu kimi, Bakının da razılığı tələb olunur. Lakin bu gün biz belə bir şey görməmişik. Hər iki tərəfin bununla bağlı razılığının mövcudluğunu nəzərdə tuturam”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin