Təbriklər, ADU! - FOTO

17:38 - 23 Mart 2023

Təbriklər, ADU! - FOTO

QS 2023 sahələr üzrə dünya universitetlərinin reytinqi (QS World University Rankings by Subject 2023) açıqlanıb.

 

Manset.az xəbər verir ki, reytinqdə 161 ölkədən 1594 ali təhsil müəssisəsi iştirak edib.

QS sahələr üzrə dünya universitetlərinin reytinqi 5 kateqoriya üzrə qruplaşdırılmış 54 sahəni əhatə edir. Reytinqin qiymətləndirmə metodologiyasında 5 əsas indikator nəzərə alınır: akademik nüfuz, işəgötürənlər arasında nüfuz, istinadlar, H-indeks və beynəlxalq elmi əməkdaşlıq.

Azərbaycandan ilk dəfə iki ali təhsil müəssisəsi QS sahələr üzrə dünya universitetlərinin reytinqinə daxil olub.

Azərbaycan Dillər Universiteti “Müasir dillər” üzrə dünyada ən yaxşı 301 - 340 universitetlər qrupuna daxil olub.

Qiymətləndirmə zamanı 2018-2022-ci illərdə dünya üzrə 151 000 elm adamının və 99 000-dən çox qlobal işəgötürənlərin səsi nəzərə alınıb.



Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin