Rusiyada qarayara xəstəliyinə yoluxanların sayı hər gün artır

15:05 - 23 Mart 2023

Rusiyada qarayara xəstəliyinə yoluxanların sayı hər gün artır

Rusiyanın Moskva vilayətində daha bir Çuvaşiya sakini Sibir yarası (qarayara) diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bu, son günlərdə qeydə alınan artıq dördüncü haldır.

 

Manset.az xəbər verir ki, yoluxmuş şəxs vilayətin Sergiyev Posad şəhərinə artıq xəstəliyin simptomları olan dostu ilə gedib. Hazırda epidemiya əleyhinə tədbirlər görülür.

Xatırladaq ki, Çuvaşiyada qarayaraya bir neçə yoluxma halı qeydə alınıb. Onlardan ilk ikisi martın 15-də Staroye Aktaşevo kəndində aşkarlanıb, bundan sonra kənddə karantin tətbiq edilib. Daha sonra başqa sakində simptomlar aşkarlanıb.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin