Rusiya və İranın xarici işlər nazirləri Moskvada görüşəcəklər.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. O, Sergey Lavrov və Hüseyn Əmir Abdullahian arasında danışıqların martın 29-da keçiriləcəyini söyləyib.
Zaxarova qeyd edib ki, Lavrov-Abdullahian danışıqlarında iki ölkə arasında münasibətlər, İranın nüvə proqramı, Suriya, Əfqanıstandakı vəziyyət, Yaxın Şərq, Cənubi Qafqaz və Xəzər problematikası müzakirə olunacaq.