Xəzər rayonunda hərbi sursat aşkar edildi - FOTO

11:54 - 23 Mart 2023

Xəzər rayonunda hərbi sursat aşkar edildi - FOTO

Bakının Xəzər rayonunda hərbi sursat aşkar edilib.

 

Manset.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd RQD-5 əl qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.



Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin