Xarkova "Qəhrəman şəhər" adı verildi

23:37 - 22 Mart 2023

Xarkova

Ukrayna Prezidenti Volodimir Zelenski Xarkovu “Ukraynanın Qəhrəman şəhəri” fəxri nişanı ilə təltif edib.

 

Manset.az xəbər verir ki, mükafat şəhərin meri İqor Terexova təqdim edilib.

Bildirilib ki, “Ukraynanın Qəhrəman şəhəri” fəxri nişanının hazırlanması haqqında fərmanı Zelenski dünən, martın 21-də imzalayıb.

Zelenski, həmçinin qeyd edib ki, o, Xarkov vilayətində müşavirə keçirib və iclasda region ərazilərinin bərpası, istehkamların təşkili, infrastrukturun bərpası və zərərçəkmiş sakinlərə yardımın göstərilməsi məsələləri müzakirə olunub.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin