Millimizin rəqibi yeni kapitan seçdi

20:45 - 22 Mart 2023

Millimizin rəqibi yeni kapitan seçdi

Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Belçika yığmasının yeni kapitanı müəyyənləşib.

 

Manset.az xəbər verir ki, milli karyerasını bitirən Eden Azardan sonra sarğı Kevin De Bruyneyə tapşırılıb.

Yeni baş məşqçi Domeniko Tedesko komandaya lider kimi məhz “Mançester Siti”nin yarımmüdafiəçisini seçib. De Bruyne Belçika yığmasında keçirdiyi 97 oyunda 25 qol vurub.

Qapıçı Tibo Kurtua və hücumçu Romelu Lukaku isə vitse-kapitanlar olacaqlar.

Qeyd edək ki, Azərbaycanla Belçika arasında oyunlar sentyabrın 9-da Bakıda, noyabrın 19-da isə Brüsseldə keçiriləcək.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin