Nyu-Yorkun baş prokuroru Letisia Ceymsin ABŞ-nin keçmiş Prezidenti Donald Trampa qarşı qaldırdığı iddia üzrə dinləmədən bir qədər əvvəl Manhetten məhkəməsində (Lower Manhattan) bomba təhlükəsi xəbəri yayılıb.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, polis əməkdaşları binanı müvəqqəti bağlayıb və axtarış aparıblar. Məlumatın yalan olduğu təsdiqlənib.
Məhkəmə qarşısına Donald Trampın tərəfdarlarının da toplaşdığı qeyd olunur. Hüquq-mühafizə orqanları qarşıdurma zamanı yüksək hazırlıq vəziyyətinə gətiriliblər.