Ermənistan - Türkiyə matçını idarə edəcək hakimin adı bəlli oldu

18:28 - 22 Mart 2023

Ermənistan - Türkiyə matçını idarə edəcək hakimin adı bəlli oldu

AVRO-2024-ün seçmə mərhələsinin martın 25-də baş tutacaq Ermənistan - Türkiyə görüşünün hakimləri bəlli olub. 

 

Manset.az UEFA-ya istinadən xəbər verir ki, qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Xose Mariya Sançesdir. Ona Raul Kabanero və İniqro Prieto kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mario Melero Lopes yerinə yetirəcək.

İrəvanda keçiriləcək matç Bakı vaxtı ilə 21:00-da başlanacaq.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin