Əfqanıstanda baş verən zəlzələnin qurbanlarının sayı artdı

16:45 - 22 Mart 2023

Əfqanıstanda baş verən zəlzələnin qurbanlarının sayı artdı

Çərşənbə axşamı Əfqanıstanın şimal-şərqində baş verən 6,5 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı artıb.

 

Manset.az xəbər verir ki, Əfqanıstanın Səhiyyə Nazirliyinin sözçüsü Şərafət Zaman Amarın sözlərinə görə, Əfqanıstanda azı 4 nəfər həlak olub, 70 nəfər yaralanıb.

Bildirilir ki, axtarış-xilasetmə qrupları daha çox zərər çəkmiş kəndlərə çatdıqca, ölənlərin sayı arta bilər. Zəlzələdən zərər çəkmiş bəzi rayonlar son dərəcə uzaqdır və mobil telefon xidməti yoxdur.

Zəlzələ nəticəsində Əfqanıstan və Pakistanın şimalındakı şəhərlərdə sakinlər evlərini tərk ediblər, yeraltı təkanlar binalara zərər vurub və torpaq sürüşmələrinə səbəb olub.

Qeyd edək ki, bundan əvvəl Əfqanıstanda iki, Pakistanda da isə doqquz nəfərin həlak olduğu məlum idi.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin