İsrail Hələb hava limanına aviazərbə endirib - VİDEO

16:24 - 22 Mart 2023

İsrail Hələb hava limanına aviazərbə endirib - VİDEO

Suriya Müdafiə Nazirliyi martın 22-də səhər tezdən İsrailin Hələb hava limanına aviazərbə endirdiyini elan edib.

 

Manset.az baku.ws-ə istinadən xəbər verir ki, bu, hava limanına bu ay ikinci, son altı ayda isə üçüncü zərbədir.

Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.

Hava limanında uçuş-enmə zolağı bağlanıb.

İsrail qırıcı təyyarələrinin Aralıq dənizi üzərindəki hava məkanından hava limanına bir neçə raket atdığı, sahilyanı Latakiya şəhərinin qərbində partlayış səslərinin digər bölgələrdə də eşidilməsinə səbəb olduğu qeyd edilir.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin