SON DƏQİQƏ! Azərbaycanda məşhur həkim faciəvi şəkildə öldü - FOTO
24 Aprel 2024
15:54 - 22 Mart 2023
“Səs Azərbaycan: Doğma nəğmələr” müsabiqəsinin final bölümündə qonaq qismində çıxış edən “Dərviş band” qrupunun sözləri Məmməd Araza aid, Xalq artisti Niyaməddin Musayevin “Dünya sənin, dünya mənim” mahnısı sosial şəbəkədə “viral” olub.
Manset.az xəbər verir ki, məsələ ilə bağlı sözügedən mahnının əvəzolunmaz ifaçısı N.Musayevlə Bizim.media-nın əməkdaşı əlaqə saxlayıb.
Sənətkar “Dərviş band” qrupunu tanıdığını və onların bu ifasını çox bəyəndiyini bildirib:
“Bu qrupla mən yaxından tanışam. O qrupda olan oğlanla mən ”Dünya sənin, dünya mənim” mahnısını studiyada birgə oxumuşuq. Ən çox diqqət elədiyim məsələ isə aranjimandır. Onlar çox düzgün şəkildə nəğməni aranjiman ediblər. Mahnının kökünə dəyməyiblər. Ən əsas da aranjimanda xoşagəlməz, qulağı incidən dəyişikliklər etməyiblər. Hər şey yerindədir. Çox bəyənirəm. Təəssüflər olsun ki, müsabiqədə onların çıxışlarını dinləməmişəm. Amma siz mənə məlumat verdikdən sonra mütləq şəkildə onların sözügedən çıxışlarına baxacağam”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin