Kılıçdaroğlunun prezidentliyə namizədliyi rəsmən irəli sürüldü

15:45 - 22 Mart 2023

Kılıçdaroğlunun prezidentliyə namizədliyi rəsmən irəli sürüldü

"Millət” koalisiyası Kemal Kılıçdaroğlunun prezidentliyə namizədliyi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına müraciət edib.

 

Bu barədə Manset.az “Report”a istinadən xəbər verir.

Qeyd edək ki, CHP, İYİ Partiya, Səadət Partiyası, DEVA, Demokrat Partiya və Gələcək Partiyası “Millət” koalisiyasında birləşib. Kemal Kılıçdaroğlu Cümhuriyyət Xalq Partiyasının sədridir.

Xatırladaq ki, ötən gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi “Cümhur ittifaqı” Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına müraciət etmişdi.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin