Putin Si Cinpinlə sülh planını müzakirə etməyib

14:47 - 22 Mart 2023

Putin Si Cinpinlə sülh planını müzakirə etməyib

Rusiya Prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə Ukrayna ilə bağlı sülh planını müzakirə etməyib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O vurğulayıb ki, Rusiya ilə Çin Ukraynayla bağlı sülh planını müzakirə etməyib. Ölkə liderləri yalnız bu istiqamətdə təşəbbüslərdən bəhs ediblər.

Xatırladaq ki, Çin lideri Si Cinpin martın 20-22-də Rusiyada səfərdə olub. O, martın 20-də, Putinlə 4,5 saat təkbətək qeyri-rəsmi danışıqlar aparıb.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin