Panama millisinin üzvü Azərbaycan klubunda - RƏSMİ

14:25 - 22 Mart 2023

Panama millisinin üzvü Azərbaycan klubunda - RƏSMİ

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Manset.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, qərb təmsilçisi müdafiəçi Roderik Milleri transfer edib.

30 yaşlı müdafiəçi ilə müddəti mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Son klubu İraqda “Əl-Mina” olan Miller karyerası ərzində bu ölkədə “Əl-Quva”, Portuqaliyada “Feyrense”, Panamada “San-Fransisko”, Meksikada “Merida”, Qazaxıstanda “Okjetpes”, Kolumbiyada “Atletiko Nasyonal”ın formasını geyinib.

Müdafiəçi Panama millisində 33 oyun keçirib və 1 qol vurub.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin