Tanınmış müğənni faciəvi şəkildə həyatını itirdi - FOTO

13:03 - 22 Mart 2023

Tanınmış müğənni faciəvi şəkildə həyatını itirdi - FOTO

Rusiyanın "Cream Soda" qrupunun yaradıcısı Dmitri Svirqunov çayda boğularaq ölüb.

 

Manset.az axsam.az-a istinadən xəbər verir ki, ifaçının cəsədi Yaroslavl vilayətində Volqa çatından tapılıb. Məlum olub ki, Dmitri tək olmayıb. Hazırda onun kiçik qardaşı, 25 yaşlı Roman Svirqunov və dostu, 28 yaşlı Georgi Kiselyovun axtarışları davam etdirilir.

Bildirilib ki, martın 19-dan 20-nə keçən gecə Dmitri dostları ilə əylənmək üçün çay kənarına gedib. Lakin buz onların ağırlığına tab gətirə bilməyib və 5 nəfər suya düşüb. Onlardan 2-si sağ qalsa da, digər 3 nəfərin həyatını xilas etmək mümkün olmayıb. 



Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin