Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində 920 hərbçisini itirib.
Manset.az xəbər verir ki, "Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiya tərəfinin müharibə başlayandan ümumi itkilərinin sayı 167 490 nəfərə çatıb.
Həmçinin, son sutkada Rusiyaya məxsus 5 tank, 8 zirehli döyüş maşını, 3 artilleriya sistemi məhv edilib.