Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO
21 Dekabr 2024
23:59 - 21 Mart 2023
“Yaz aylarında Kürün yenidən əvvəlki vəziyyətinə qayıtması mümkün ola bilər”.
Manset.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bunu ekoloq Rauf Sultanov bildirib.
Qeyd edək ki, yazın gəlişi bəzi ekoloji problemləri də qabardır. Çünki əkinçiliyin başladığı dönəmdə suya olan tələbat artır. Lakin hazırda əkinlərin suvarılması üçün önəmli rol oynayan Kür çayı qurumağa davam edir.
Mövzu ilə bağlı ekoloq R.Sultanov bildirib ki, bu il də, xüsusilə yaya doğru Xəzər dənizinin geri çəkilməsi davam edəcək.
Ekoloq həmçinin suyun geri çəkilməsinin Xəzər dənizi üçün xarakterik xüsusiyyət olduğunu vurğulayıb. Onun sözlərinə görə, ötən 200 il ərzində Xəzər dənizində dəfələrlə qabarma və çəkilmələr olub və bu hal ekoloji fəlakət deyil.
Daha ətraflı süjetdə:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin