Rusiyanın Bryansk vilayətində “Dostluq” neft kəməri üzərindəki neft nasosu stansiyasına pilotsuz uçuş apparatı (PUA) ilə zərbə endirilib.
Manset.az xəbər verir ki, bu barədə Ğryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Telegram-da paylaşım edib.
Aleksandr Boqomaz bildirib ki, Ukrayna Silahlı Qüvvələri PUA ilə “Novozıbkov” neft nasosu stansiyasına hücum edib, xəsarət alanlar yoxdur.
Qeyd edilib ki, operativ-istintaq tədbirlərindən sonra enerji təchizatı bərpa olunacaq.