Əfqanıstanda güclü zəlzələ oldu - Bu ölkələrdə də hiss olundu...

21:17 - 21 Mart 2023

Əfqanıstanda güclü zəlzələ oldu - Bu ölkələrdə də hiss olundu...

Əfqanıstanda 6,8 bal gücündə zəlzələ baş verib.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb. 

Məlumata görə, zəlzələnin episentri İşkaşim şəhərindən 48 kilometr cənub-qərbdə yerləşib. Sözügedən şəhərdə 12 mindən çox əhali yaşayır.

Qeyd edilir ki, yeraltı təkanlar Özbəkistanda, Qazaxıstanda, Pakistanda, Türkmənistanda, Qırğızıstanda, Hindistanda və Çində də hiss edilib.  

Hələ ki dağıntı və tələfat barədə məlumat verilməyib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin