Ağalıda möhtəşəm Novruz konserti keçirildi - VİDEO

20:24 - 21 Mart 2023

Ağalıda möhtəşəm Novruz konserti keçirildi - VİDEO

Azərbaycan Televiziyası Novruz bayramını Ağalı sakinləri ilə birgə qeyd edib.

 

Manset.az xəbər verir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına görə, Ağalı sakinləri 30 il sonra Novruzu böyük coşqu ilə qeyd edib.

Azərbaycan Televiziyası 44 Günlük Vətən müharibəsindən sonra bütün bayramları işğaldan azad edilən doğma şəhərlərimizdə keçirir. Bu mənada Zəngilanda təşkil olunan bayram konserti Şuşada, Ağdamda keçirilən şənliklərin davamı, azad şəhərlərimizdə coşqulu, səsli-küylü bayram ənənəsinin növbəti halqasıdır. Bayram günü Zəngilanda qalanan tonqal qayıdışımızın qeydi, orada yaşayıb-yaradacağımızın carçısıdır.

Ağalıdakı konsertdə AzTV-nin dəvəti ilə 50-ə yaxın incəsənət nümayəndəsi iştirak edib.

Tarixi günləri yaddaşlara köçürmək üçün Azərbaycan Televiziyası ənənəsini hər bayram davam etdirəcək.

Konsertdən hazırlanmış süjeti təqdim edirik:


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin