Azərbaycan Ermənistanla tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır - İlham Əliyev

19:23 - 21 Mart 2023

Azərbaycan Ermənistanla tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır - İlham Əliyev

Azərbaycan sülh gündəliyinə tam sadiqdir, Ermənistanla münasibətlərin normallaşdırılmasına və tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır və son təklif və düzəlişlərinin olduğu sülh müqaviləsinin mətnini Ermənistan tərəfinə təqdim edib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib. Dövlətimizin başçısı bildirib ki, ABŞ və şəxsən dövlət katibi Antoni Blinkenin bu istiqamətdə səylərini yüksək qiymətləndirir.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin