Ərdoğanın prezidentliyə namizədliyi rəsmən irəli sürüldü

17:18 - 21 Mart 2023

Ərdoğanın prezidentliyə namizədliyi rəsmən irəli sürüldü

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi “Cümhur ittifaqı” Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına müraciət edib.

 

Manset az xəbər verir ki, “Report”un “Haber Global”a istinadən məlumatına görə, CHP, İYİ Partiya, Səadət Partiyası, DEVA, Demokrat Partiya və Gələcək Partiyasının birləşdiyi “Millət” koalisiyasının prezident seçkisindəki namizədi Kemal Kılıçdaroğlu olacaq.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri bu il mayın 14-də keçiriləcək.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin