UEFA-dan Əliyar Ağayevə növbəti təyinat - AVRO-2024

16:24 - 21 Mart 2023

UEFA-dan Əliyar Ağayevə növbəti təyinat - AVRO-2024

Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.

 

Manset.az xəbər verir ki, qitə futbol qurumunun rəsmi saytının yaydığı məlumata əsasən, o, AVRO-2024-ün seçmə mərhələsinin G qrupunda keçiriləcək Bolqarıstan - Monteneqro ilk tur matçında iş başında olacaq.

Qarşılaşmada FIFA referisinə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

Kamal Umudlu ehtiyat hakim olacaq.

Azərbaycanlı hakimlərin işinə portuqaliyalı hakim-inspektor Joao Ferreyra qiymət verəcək.

Sözügedən qarşılaşma martın 24-də keçiriləcək.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin