"Beynəlxalq Meşələr Günü"ndə 23 mindən artıq ağac əkilib

15:07 - 21 Mart 2023

Mart ayının 21-i "Beynəlxalq Meşələr Günü" Azərbaycanda meşə sahələrinin genişləndirilməsi işinə həsr olunub, meşələrin artırılmasına diqqət çəkilib. 

 

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov Manset.az-a bildirib ki, planetar əhəmiyyətə malik bu gün münasibətilə meşə ərazilərinin genişləndirilməsi işinə töhfə verilərək Şəki, Zaqatala, Qəbələ, Şamaxı, Quba, Göygöl, Bərdə, Sabirabad, Tovuz, Masallı, Lənkəran, Ağcabədi, Şəmkir rayonlarının açıq və seyrək meşə fondu torpaqlarında, ümumilikdə 34 hektar ərazidə 23 mindən artıq müxtəlif meşə növlərinə aid ağac tingləri əkilib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin